Medianews.az xarici sayta istinadən xəbər verir ki, Rusiyada televiziya kanalında axşam xəbərlər bülleteni zamanı diktorun arxasında dayanaraq Rusiya-Ukrayna müharibəsinə etiraz edən Marina Ovsyannikova ev dustaqlığından qaçıb. Rusiya Daxili İşlər Nazirliyi Ovsyannikovanın axtarışda olduğunu bildirib.
Rusiyanın federal telekanallarından biri olan “Perviy kanal”da axşam xəbərləri yayımlanarkən “müharibəyə yox” yazılmış pankartla diktorun arxasına keçən 43 yaşlı Ovsyannikova etirazından sonra saxlanılıb.
Bildirilib ki, oktyabrın 9-dək ev dustaqlığı qərarı çıxarılan Ovsyannikova ev dustaqlığından qaçıb. Ovsyannikovanın günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyə biləcəyi ehtimalı var.
Ovsyannikova Moskvada xəbərdarlıq edilmədən kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qanunu pozduğuna görə mühakimə olundu və 30 min rubl cərimə olundu.
Rusiyada televiziya kanalında axşam xəbərlər bülleteni zamanı diktorun arxasında dayanaraq Rusiya-Ukrayna müharibəsinə etiraz edən Marina Ovsyannikova ev dustaqlığından qaçıb. Rusiya Daxili İşlər Nazirliyi Ovsyannikovanın axtarışda olduğunu bildirib.
Medianews.az