İstanbulda Turhan Ketencinin qızına yaraşdırmadığı kürəkəni Volkan Çubukcunu ürəyindən bıçaqladığı iddia edilib.
Medianews.az xəbər verir ki, hadisə zamanı ürəyindən bıçaqlanan şəxs aparıldığı xəstəxanada həyatını itirib.
(Volkan Çubukçu və anası Satiye Çubukçu)
Hadisə ilə bağlı danışan Turhan Ketenci yolda rastlaşdığı kürəkəni ilə mübahisə etdiyini və onun söyüş söydüyünü iddia edib. Ketenci bıçaqla özünü müdafiə etdiyini bildirib. Qayınata həbs olunduqdan sonra hadisənin görüntüləri ortaya çıxıb.
(Qayınata Turhan Ketenci)
Sözügedən hadisə sentyabrın 21-i axşam saatlarında Küçükçekmece İnönü rayonunda baş verib. İddiaya görə, Turhan Ketenci nəvəsi dünyaya gələndən bir həftə sonra qızını görməyə gedib. Qapını kürəkəni Volkan Çubukçu açanda aralarında mübahisə düşüb. Ketenci kürəkəni Volkan Çubukçuya bıçaqla hücum edib. Nəzarətə alınan Turhan Ketenci gətirildiyi məhkəmə tərəfindən həbs edilib. Volkan Çubukçu sentyabrın 23-ü dəfn edilib.
Medianews.az