İstanbulda mütəşəkkil cinayət təşkilatının liderliyi ilə mühakimə olunan və xaricdən verdiyi açıqlamalarla gündəm yaradan Sedat Pekerin evinə silahlı hücumun görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, görüntülərdə avtomobildəki insanların qapıda gözləyən gözətçini güllələdiyi an əks olunub.
Silahlı hücum zamanı Yılmaz Günay 3 güllə yarası alıb. Onun xəstəxanaya yerləşdirildiyi, lakin vəziyyətinin ağır olduğu deyilir.
Evdə olan 6 nəfərin təhlükəsizlik məqsədi ilə orada qalaraq 3 nəfərlik növbə ilə işlədiyi bildirilərkən, hücumun kimin tərəfindən təşkil edildiyi hələlik məlum deyil. Videoda nəqliyyat vasitəsinin içərisində olan şəxslərin yanlarına gələn mühafizəçilərə bir müddət danışdıqdan sonra atəş açdıqları görünür.
Medianews.az