Türkiyədə sürücü siqaret çəkərkən avtomobildə yanğın törədib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Hadisə zamanı maşın külə dönüb, sürücü xəsarət alaraq xəstəxanaya aparılıb.
Merkez Yüreğir səmtində baş verən hadisədə Karataş Bulvarında bir sürücü avtomobilində siqaret yandırıb. Qısa müddətdən sonra siqaretə görə avtomobildə yanğın baş verib. Sürücü dərhal avtomobili sağa çəkərək maşından çıxmağa çalışıb. Lakin avtomobilin alışması nəticəsində o, xəsarət alıb. Yaralı sürücü ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Alov topuna çevrilən avtomobil isə tamamilə yanıb.
Avtomobilin yanması ətrafdakı vətəndaşlar tərəfindən saniyə-saniyə mobil telefonla lentə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan avtomobili söndürüb.
Medianews.az