Gürcüstan hökuməti xarici ölkə vətəndaşları üçün viza rejimini sərtləşdirmək niyyətindədir.
Hökumət bununla bağlı hazırladığı qanun layihəsini artıq parlamentə təqdim edib.
Dəyişikliklərdə vizasız rejimdən istifadə edən və ölkədə 90 və ya 180 gün qala bilən əcnəbilər üçün “Gürcüstana giriş və qalma üçün fərqli rejim” yaradılmasından bəhs olunur.
Dəyişikliklərə əsasən, immiqrasiya vizası almaq üçün Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət proseduru da dəyişir. İzahatda bildirilir ki, əcnəbilər çox vaxt mövcud qanunvericiliklə müəyyən edilmiş imkandan sui-istifadə hallarına yol verirlər.
“Onların məqsədi uzunmüddətli perspektivdə yaşayış icazəsi əldə etməkdir. Bunun üçün qanunla müəyyən edilmiş müvafiq kateqoriyalı vizaya malik olmaq lazımdır ki, bu da öz növbəsində digər ölkələrin vətəndaşlarını qeyri-bərabər vəziyyətə salır”.