ABŞ-ın Kiyevdəki səfirliyi öz ölkə vətəndaşlarını Ukraynannı tərk etməyə çağırıb.
“Medianews.az” xəbər verir ki, bu barədə səfirliyin saytındakı press-relizdə deyilir.
“ABŞ səfirliyi ABŞ vətəndaşlarını yerüstü nəqliyyat vasitələrinin əlçatan növlərindən istifadə etməklə Ukraynanı tərk etməyə çağırır”, – press-relizdə yazılıb.
Qeyd olunur ki, bu tədbir Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturu və hökumət qurumlarına endirəcəyi zərbələrlə əlaqədar görülür.