Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Çinin şimal-qərbindəki Qinghai əyalətində güclü yağışın səbəb olduğu daşqın nəticəsində 16 nəfər ölüb; 36 nəfərdən xəbər yoxdur.
Şinin şəhərinin əyalət mərkəzinin Datonq Hui və Tu muxtar rayonlarında səhər saatlarında daşqın baş verib.
Dağlıq bölgədə yerləşən muxtar rayonda baş verən daşqınla əlaqədar ikinci dərəcəli həyəcan təbili çalındığı halda, indiyədək 16 nəfər həyatını itirib, 36 nəfər isə itkin düşüb.
Qinghai Yanğın və Xilasetmə İdarəsi axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə təxminən 600 nəfərdən ibarət bir qrup göndərib.
Çinin şərq və cənub hissələrinə təsir edən istilik dalğası səbəbindən son 60 ildə yüksək temperatur qeydə alınsa da, Himalay dağlarının uzantısında Tibet-Çinxay yaylasında daşqınların baş verməsi qeyri-adi iqlim şəraitinin artmasından xəbər verir.
Medianews.az