Braziliyanın cənubunda kişi küçə ilə gedən qadını boş bir küçəyə sürüyərək zorlayıb.
Medianews.az xəbər verir ki, çarəsiz qalan qadın qışqırıqları ilə yoldan keçən polisləri hadisə yerinə cəlb edə bilib.
Hücum edən şəxs daha sonra hadisə yerindən qaçıb. Həmin anlar kameraya düşüb.
Polislərin hadisə yerinə yaxınlaşdığını anlayan təcavüzkar hadisə yerindən qaçsa da əşyalarla dolu bel çantasını hadisə yerində unudub. Bunun üzərinə polislər şübhəlinin çantasında axtarış apararaq evinin ünvanını tapıblar. Polis təcavüzkarı tutmaq üçün həmin ünvana basqın edib. Təhlükəsizlik qüvvələrinə qapını şübhəlinin həyat yoldaşı açıb. Qadın ərinin hələ də evə qayıtmadığını bildirib.
Daha sonra kimliyi müəyyən edilən təcavüzkar polis bölməsinə gedərək təslim olub. Dindirilmə zamanı o, 28 yaşlı qadına təcavüz etdiyini etiraf edib.
Medianews.az