ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin-Tayvan-ABŞ xəttində gərginlik artarkən Tayvandan şok ölüm xəbəri gəlib.
Medianews.az xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyinə bağlı tədqiqat və inkişaf departamentinin rəis müavini Ou Yang Li-hsing bu səhər otel otağında ölü tapılıb.
Yerli media xəbər verir ki, Tayvan rəsmisinin infarktdan öldüyü güman edilir. Ou Yangın Tayvanın bir çox raket layihələrinə cavabdeh olduğu bildirilir.
Ölümün ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra yaranan gərginliklə eyni vaxta təsadüf etməsi də diqqət çəkib. Hazırda onun ölldürülməsi ilə bağlı bir çox iddialar da səsləndirilir.
Medianews.az