“İran dövlətlərin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Bu çərçivədə Çinin ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyirik”.
Medianews.az haberglobal-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani söyləyib.
Nasir Kənani ölkələrin ərazi bütövlüyünə hörmətin Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, son zamanlar ABŞ rəhbərliyi Çinin daxili işlərinə qarışmağa çalışaraq bu ölkənin ərazi bütövlüyünü pozan gərginliyə səbəb olur.
“Vaşinqtonun birtərəfli olması və ölkələrin suverenliyini pozması yalnız qeyri-sabitliyin artmasına və ölkələr arasında münaqişələrin daha da şiddətlənməsinə töhfə verir” , – deyə İran XİN sözçüsü bildirib.
Xanlar Əlibəy
Medianews.az