Ögey qızından ikinci övladı olduğunu açıqlayaraq diqqətləri üzərinə çəkən 76 yaşlı Errol Mask Avstraliyada radio verilişinə verdiyi açıqlamalarla indi də gündəmdədir.
Medianews.az xəbər verir ki, 76 yaşlı Errol Mask 20 dəqiqəlik müsahibə üçün Avstraliya radio şousuna çağırılıb. Ata Mask proqramda maraqlı açıqlamalar verib.
Errol Maskdan oğlu İlon Maskla fəxr edib-etmədiyini soruşduqda bunların Mask ailəsinin ilk nailiyyətləri olmadığını və uzun müddətdir ki, çox şey etdiklərini deyib. Mask oğlunu tənqid edərək, İlon Maskın nailiyyətlərindən o qədər də məmnun olmadığını və planlarından 5 il geri qaldığını hiss etdiyini söyləyib.
Errol Maskın məşhur oğlunu tənqid etməsi təkcə onun iş həyatı ilə məhdudlaşmayıb. O, oğlunun bu yaxınlarda Yunanıstanda qayıqda çəkdirdiyi fotoları xatırlayaraq,”İlon çox güclü bədən quruluşuna malikdir, lakin o, qidasızdır”,-deyə bildirib.
Maskın Tesla sürdüyünü soruşduqda isə o, Bentley, Rolls Royce və Mercedes-Benz sürdüyünü söyləyib. O, oğlunun ona pul vermədiyini də qeyd edib.
“Biz çox qənaətcil və xəsis ailəyik. Əgər nəyisə xərcləmək istəyirəmsə, niyə sualına 100 cavab verməliyəm”,-deyə o, vurğulayıb.
Leyla, Medianews.az