Rusiya İngiltərənin keçmiş Baş naziri Devid Kemeron da daxil olmaqla 39 İngiltərə vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İngiltərənin Rusiyanın siyasi, iqtisadi və media nümayəndələrinə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.
Bu səbəbdən İngiltərənin bəzi siyasətçilər, iş adamları və jurnalistlərindən ibarət 39 nəfərin sanksiya siyahısına salındığı, adı çəkilən adların Rusiyaya girişinə qadağa qoyulduğu qeyd edilib.
Açıqlamada ayrıca sanksiya siyahısına daxil edilən 39 nəfərin adı yayımlanıb.
Siyahıda İngiltərənin keçmiş Baş naziri Devid Kemeron da yer alıb.