ABŞ-ın Kentukki ştatının cənub-şərqində iyulun 26-da başlayan leysan yağışların səbəb olduğu sel fəlakətindən sonra axtarış-xilasetmə işləri davam edir.
Medianews.az xəbər verir ki, Kentukki əyalətinin qubernatoru Andy Beshear keçirdiyi mətbuat konfransında təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının indiyədək 35-ə yüksəldiyini bildirib və yüzlərlə itkin düşdüyünə görə bu rəqəmin artacağından narahatlığını bildirib. Qubernator Beşear bölgədə yağışlı hava şəraitinin davam etdiyi üçün vətəndaşlardan diqqətli olmalarını və özlərini qorumalarını xahiş edib.
Səlahiyyətlilər xilasetmə qruplarının bölgədə işlərini davam etdirdiyini izah edərkən, təbii fəlakət nəticəsində 50-dən çox körpünün zədələndiyini və buna görə də su basmış bəzi yaşayış məntəqələrinə getmək mümkün olmadığını bildiriblər.
Sel fəlakətində ən böyük dağıntının yaşandığı bölgədə yerləşən Breathitt və Hindmann şəhərlərində komendant saatı elan edilib.
Xatırladaq ki, keçən iyulun 26-da başlayan leysan yağışlar Kentukki ştatının şərq bölgələrində daşqınlara səbəb olmuş, bölgənin böyük hissəsində evləri su basmış, on minlərlə sakin işıqsız qalmış, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalmışdır.
Leyla, Medianews.az