“Alimlərimiz heç bir elmi fəaliyyət, ixtiralarla məşğul olmur. Biz bu gün hansı alimi tanıyırıq? Onların hansı ixtiralarını bilirik?”
Bu sözləri Medianews.az-a açıqlamasında tanınmış teleaparıcı Kamran Həsənli bildirib. O qeyd edib ki, bir çox məsələni çəkib işıqlandıran AzTv-nin bu sahədə işi uğurlu deyil:
“Bəs görəsən, onların hansı alimin tanınmasında rolu olub? Alimləri tanıtmaqda onların heç bir əməyi yoxdur. AMEA-ya gəldikdə isə ümumiyyətlə, bu qurum işləmir. Orada çalışan alimlər iş adı ilə evdən çıxırlar, işə gəlib yüksək əməkhaqqı alırlar, amma ortada bir şey yoxdur. Orada olan korrupsiyaların, intiriqaların və bir çox proseslərin, şahidiyik, nəyin ki, ixtiraların. Ətrafda bu qədər hadisələr cəryan edir, alimlərin bir çoxunun ondan demək olar ki, heç xəbəri də yoxdur. Xatırlayırsınızsa, 90-cı illərdə ziyalı alimlərimiz vardı ki, xalq onlardan gələcəyin yol xəritəsini gözləyirdi. 90-cı illərin alimlərini diqqətlə izləyirdik, onların elmi fəaliyyətlərinin xalqımız, ölkəmiz üçün böyük töhfələri olurdu. İndiki alimlərimizin elmi fəaliyyətindən və ixtralarından danışmaq qeyri-mümkündür. AzTv bu reportajı ilə düz desə də, amma onun öz işi də tənqidə layiqdir. AzTv donub qalmış televiziyadır. 44 günlük savaşdan əvvəlki Aztv-yə baxın. İndiki ilə çox böyük fərqi var. Televiziya baxımlı olmalıdır, baxımlı olmaq üçün çox böyük dəyişiklik lazımdır”.
Ayşən Azadova
Medianews.az