Latın Amerikasında qitənin ən böyük ticarət bloku olan Mercosur, Ukrayna prezidenti Vladimir Zelenskiyə sammitdə çıxış etməyə icazə verməyib.
Medianews.az xəbər verir ki, Mercosur üzvü Argentina, Braziliya, Uruqvay və Paraqvay bu gün Paraqvayın paytaxtı Asunsionda başlayacaq sammitdə Zelenskinin çıxışı ilə bağlı razılığa gələ bilməyib.
Bildirilir ki, bir çox Latın Amerikası ölkələri, xüsusən də Braziliya Rusiya-Ukrayna müharibəsində “neytral” mövqe tutmağa və anti-Rusiya bəyanatlarından yayınmağa üstünlük verir .
Xatırladaq ki, Zelenski Mercosur sammitində çıxış etməyi xahiş etmişdi.
Leyla,Medianews.az