ABŞ prezidenti Co Baydenin İsrailə səfəri zamanı müzakirə olunan məsələlər Tel-Əviv rəhbərliyini ümumilikdə qane etsə də, İranın nüvə faylı məsələsində məyus olublar.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfəri çərçivəsində iyulun 13-16-da İsrailə səfər edib və orada müxtəlif təmaslar edib. Səfər zamanı bir çox məsələlər gündəmə gəlib.
İyulun 13-də İsrail səfərinə başlayan Bayden baş nazir Yair Lapid və prezident İsaak Hersoqla danışıqlar aparıb.
Bayden iyulun 14-də Lapidlə görüşüb. Qərbi Qüdsdə keçirilən görüşdə Bayden və Lapid ABŞ və İsrail arasında Qüds Birgə Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıqdan sonra ortaq mətbuat konfransı keçirib.
Baydenə müraciət edən Lapid İranın nüvə fəaliyyətlərinə qarşı diplomatiya nəticə verməyəcəyini və onları dayandırmağın yeganə yolu hərbi təhdid olduğunu bildirib.
Medianews.az