Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
O, Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakla görüşüb.
Görüşdə gələcək əməkdaşlıq və maddi-texniki yardım məsələləri müzakirə edilib.
“Mən savaşda ağır silahların əhəmiyyətini vurğuladım. Bizə daha çox ağır silahlar lazımdır. Və onlar mümkün qədər tez göndərilməlidir”, – A.Yermak tviterdə yazıb.