Londonda 41 yaşlı Məhəmməd İlyas 32 yaşlı həyat yoldaşı Mariya Çavesi uşaqları məktəbdə olarkən öldürüb.
Medianews.az xəbər verir ki, həyat yoldaşının qətlinə görə polis gələndə özünü şoka düşmüş kimi göstərən İlyasın qadının yas mərasimində yalandan ağlaması yaxınlarının diqqətini çəkib.
Daha sonra polisin müdaxiləsi ilə kamera qeydləri araşdırılıb və qadını öldürən şəxsin İlyas olduğu üzə çıxıb. İlyasın dəfn mərasimində etdiyi hərəkətlərin saxta olduğunu qadının qohumu görüb. Vəziyyəti yaxınlarına çatdıran gənc qadın polisin də İlyasdan şübhələnməsi lazım olduğunu vurğulayıb. Daha sonra İlyasdan şübhələnərək təhlükəsizlik qeydlərini izləyən polis qrupları qətldən sonra İlyasın həyat yoldaşına telefonla zəng etdiyini və həmin vaxt evə başqa heç kimin daxil olmadığını müəyyən edib.
Ekspertiza zamanı qadının boynunun qırıldığı müəyyən edildikdən sonra Məhəmməd İlyas nəzarətə götürülüb. İlyas polisə verdiyi ifadəsində həyat yoldaşını öldürdüyünü etiraf etdikdən sonra həbs edilərək həbsxanaya göndərilib. Məhəmməd İlyas 18 il müddətinə azadlıqdan məhrum edilib.
Medianews.az