Ankarada 2 gənc qız gənc oğlanı təpiklə vurub və yumruqlayıblar.
Medianews.az xəbər verir ki, bir müddət döyülən şəxs vətəndaşlardan birinin müdaxiləsi ilə xilas edib.
Daha sonra məlum olub ki, gənc oğlan həmin gənc qızlara yoldan keçərkən söz atıb. Bundan sonra qızlar həmin oğlanı təpik və şillə ilə döyüblər. Hadisəni görən digər vətəndaşlar da gənc hücum ediblər. Yerdə sürünən uşaq qızlar və digər şəxslər tərəfindən dəqiqələrlə döyülüb.
Bir müddət sonra orada olan vətəndaşın müdaxilə edərək gəncləri dağıtdığı, döyülən uşaq isə şikayətçi olduğu iddia edilib.
Medianews.az