Misirdə köpəkbalığının hücumuna məruz qalan qadın faciəvi şəkildə ölüb.
Medianews.az xəbər verir ki, hər saniyəsi kameralar tərəfindən qeydə alınan hadisə zamanı köpək balığı ilə mübarizə aparmağa çalışan qadına heç kim kömək edə bilməyib.
Köpəkbalığının hücumuna məruz qalan qadının 68 yaşı, eyni zamanda avstriyalı turist olduğu müəyyən edilib.
Hücum zamanı qolu və ayağı kəsilən qadına heç kim kömək edə bilməyib. Qan içində olan qadın ciddi xəsarət almasına baxmayaraq, sahilə çıxa bilib. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan qadını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Dəhşət anları ətrafdakılar tərəfindən saniyə-saniyə lentə alınıb.
Sözügedən görüntüləri təqdim edirik:
Medianews.az