Onların Amerikalı və ya İngilis olması heç kimin vecinə olmayacaq …
Baltik dənizi sahilində Litva ilə Polşa arasında yerləşən Kalininqrada tranzitin bağlanması Rusiya ilə Qərbi bir-birinə qarşı qoyub.
Medianews.az xəbər verir ki, Rusiya lideri Putini qəzəbləndirən bu hadisədən sonra qatıldığı televiziya proqramında çıxış edib.
Sözügedən proqramda rusiyalı deputat Andrey Qurulyov Kalininqradda NATO ilə müharibə başlasa, onların vuracağı ilk yerin London olacağını bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Litvanın Kalininqrad qərarının düşmənçilik olduğunu ifadə edib: “Litvanın qərarına tezliklə cavab veriləcək. Cavabımız ciddi və Litva xalqı üçün hiss edilən olacaq”.
Vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayan Kremlin sözçüsü Dmitriy Peskov, “Qərar verilməzdən əvvəl dərin təhlil tələb edən bir məsələdir. Bu təhlilin aparılması bir neçə gün çəkəcək”, – deyə bildirib.
“The Kyiv Independent” saytında yer alan xəbərə görə; Putinin yaxın həmkarlarından biri olduğu qeyd edilən Andrey Qurulyov sözlərinə belə davam edib: “İlk hava əməliyyatı zamanı düşmən qrupu bütünlüklə məhv ediləcək. Onların Amerikalı və ya İngilis olması heç kimin vecinə olmayacaq. Biz əlbəttə ki, Varşavadan, Parisdən və ya Berlindən başlamayacağıq. İlk olaraq London vurulacaq. Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək və hərəkətsizləşdiriləcək. Bütün enerji təchizatı sahələri məhv ediləcək. Üçüncü mərhələdə ABŞ-ın soyuqda, yeməksiz və işıqsız mübarizəni davam etdirməklə bağlı Qərbi Avropaya nə deyəcəyini gözləyirəm. Maraqlıdır, onlar necə kənarda qalacaqlar? “Bu olduqca ağır bir plandır və bəzi məqamların üstündən qəsdən keçirən çünki onlarə televiziyada müzakirə etmək mümkün deyil”.
Medianews.az