“Economist Intelligence Unit” hər il hazırladığı “Ən yaşana bilən şəhərlər” siyahısının hazırkı versiyasını tamamlayaraq dərc edib.
Medianews.az xəbər verir ki, bəzi meyarlara görə həyat keyfiyyətinin ən yüksək və ən aşağı olduğu siyahının ilk 10-luğunda Avropa, Kanada, Yaponiya və Avstraliya şəhərləri yer alıb.
Uzun illərdir reytinqin zirvəsində olan Danimarkanın paytaxtı Kopenhagen bu il ikinci, Avstriyanın paytaxtı Vyana isə birinci yerdə qərarlaşıb. Liviya, Nigeriya və Suriya şəhərləri isə siyahının sonunda yer alıb.
Həmin siyahını təqdim edirik:
1- Vyana
2- Kopenhagen
3- Sürix
4- Kalqari
5- Vankuver
6- Cenevrə
7- Frankfurt
8- Toronto
9- Amsterdam
10- Osaka
10- Melburn
Siyahının son 3 cərgəsində aşağıdakı şəhərlər yer alıb:
170- Tripoli
171- Laqos
172- Dəməşq
Leyla, Medianews.az