Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qurban Qurbanov din, Napoleon və XTQ haqda: “Məni xarakter olaraq dəyişdi”

TURAN
21/06/2022 15:00
A A
420
BAXIŞ
FacebookTwitterTelegram

“Əvvəllər tarixi filmlərə çox baxırdım. Düzdür, filmlərdə hadisələr və şəxsləri bir qədər şişirdirlər. Amma yenə də uşaq vaxtı yadımda qalanlar olub və onlardan motivasiya almışam”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rekord.az saytına müsahibəsində deyib.

Qurbanov bu dəfə tarixi şəxsiyyətlərdən, simpatiya bəslədiyi insanlardan danışıb:

“Şükürlər olsun ki, müsəlmanıq və bizim bir nümunəmiz var. O da Məhəmməd peyğəmbərdir. Onun əxlaqı, davranışı, cəmiyyətə, bəşəriyyətə olan tövsiyələri böyük bir nümunədir. Həmişə ona maraq göstərirəm.

O ki qaldı sərkərdələrə, hamının ağlına gələn ilklərdən, məsələn, Napoleon Bonapartdır. Balaca boyu ilə nələr əldə edib. Amma ondan da böyükləri var: Məsələn, Osman. “Kuruluş Osman”, “Diriliş Ərtuğrul” kimi seriallara arada baxıram, çünki çox vaxtım olmur, 10-15 dəqiqə epizodları izləyirəm. Oradakı qəhrəmanların keçdiyi yolu tarix kimi eşitmişdim, maraqlanmışdım, amma filmdə sanki canlı görürsən. Ola bilər ki, çəkənlər nəyisə bəzəyirlər, amma insana vətənpərvər olmaq, qürurunu qorumaq, xarakterini bərkitmək üçün belə kinolar böyük əhəmiyyət daşıyır. Böyük bir maraqdır. Elə həmin Napoleon kimi Teymurləngi götürək. O da xarakteri hesabına kiçik boyuyla dünyanı fəth edib. Belə faktlar insana, cüzi də olsa, təsir edir.

Amma Osmanlı tarixi daha yaxındır mənə. Onlar o şəraitlərdə nələrdən keçiblər… Həm də məqsədləri düzgün olub: Ölkəni qurmaq, dinimizi qoruyub-saxlamaq, Vətəni sevmək, vətənpərvər olmaq. Çox maraqlı ssenarisi var həmin filmlərin. Həqiqətən, elə olub – meşələrdə olublar, qaçıblar, atası, sonra özü; uşağı varkən əzab-əziyyətlərə dözmək, öz yaxınını qurban vermək… Nəyisə əldə etmək üçün nəyisə qurban verməlisən. Belə insanlar az olur və onlar seçilirlər digərlərindən”.

O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 44 günlük Vətən müharibəsi zamanı gördüyü işlərdən də danışıb:

“Çox istərdim ki, bizim o XTQ-nin yanında olum ki, onları iş başında canlı görə bilim. Hər birimizin yaxını var, oradan eşidirik. Amma bizim eşitdiklərimiz heç nədir. Bizim o kinolarda gördüklərimiz heç nədir. Bizim sırf o XTQ-lərin etdikləri bu kinoları, bu sərkərdələri, elə bil, üstələdi də.

Bax düşünək: O vaxt döyüşmək üçün silah nə idi? Qılınc, ox, nizə. Yəni səni 500 metrdən vura bilməzdilər. Amma indi səni kilometrlərlə uzaqdan vura bilərlər. Amma buna baxmayaraq, sən haralara çıxırsan, nələr edirsən… XTQ-mizin bu şücaəti mənə çox güc verdi, məni xarakter olaraq dəyişdi. Ona görə mən həmişə dəfələrlə demişəm ki, Allah onları qorusun, Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər bir xalqın damğası olur. 30 illik işğal zamanı üzərimizdə başqa bir damğa vardı, amma bundan sonra Azərbaycan xalqının damğası başqa yönə dəyişdi. O vaxtlar spartalılar, Osmanlı haqqında danışırdılarsa, başqalarını deyirdilərsə, indi də azərbaycanlılar haqda danışır, etdiklərimizi deyirlər. Bunu edənlərlə qürur duyuram”.

O, dinin onun həyatında işlərinə çox kömək etdiyini bildirib:

“Qüsurlarımız var, amma çalışıram ki, bir müsəlman olaraq qaydalara tam riayət edim. Mən gözümü açandan anamın ibadət etdiyini görmüşəm. O vaxt çətin vaxtlar idi, hətta deyərdim, bəlkə də, gizlində ibadət edirdi. Ondan öyrənmişəm. Müsəlmanıq. Haqq burada, ədalət burada, dostluq burada, hər şey burada – islamdadır. Dinimizdə hər şey var. Hər şeyi gözəl-göyçək göstərib, təqdim ediblər bizə. Din deyir ki, paxıl olma, işgüzar ol, daim pis şeylərdən uzaq ol, yaxşıya daha çox yaxınlaş. O qədər yanlış addımlarım, yanlış danışığım, yanlış hərəkətim, yanlış işim olub ki…

Dinimiz mənə çox şeylər verib. Məsələn, dinimiz həmişə deyib ki, yerindən asılı olmayaraq, rəhbərinə sadiq ol. Ölkə rəhbərinə, işdə rəhbərinə sadiq olmaq, ona qarşı çıxmamağı tövsiyə edib, mən də bunu özümdə həkk etmişəm. Hazırda klubdayıq, burada da mənim rəhbərim var. Mən burada, hə, baş məşqçiyəm. Amma klubu idarə edənlər var, rəhbərləri var. Onlara sadiq olmaq, onlara qarşı çıxmamağı öyrənmişəm. Din mənə çox şey verib. Həyatımdan razıyam, narazı bir dənə özümdənəm. Daha fərqli ola bilərəm, amma insan nəfsi bəllidir. Bir gün dözə bilirsən, bir gün dözə bilmirsən. Buna görə özümdən narazıyam”.

DAHA ÇOX OXU

export

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

04/07/2022
Cəmiyyət

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

04/07/2022
export

Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı – VİDEO

04/07/2022
export

Burak Özçivitin Bakı gəzintisi – FOTOLAR

04/07/2022
export

Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb

04/07/2022
Dünya

Türkiyə Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxladı

04/07/2022
SON XƏBƏR

Daha bir qurumda əməliyyat: Yüksək vəzifəli şəxs saxlanıldı

Aytac Əliyevanın məhkəməsində DAVA DÜŞDÜ

Hafiz Hacıyev: "Nə olub? Acından ölmürsünüz ki?”

Xəbər lenti

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

2022/07/04 09:57

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

2022/07/04 09:44

Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı – VİDEO

2022/07/04 09:22

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

2022/07/04 09:21

Plyajda almanları necə udduq

2022/07/04 09:17

44 günlük müharibənin daha bir məğlubu – separatçıların Moskva “nümayəndəliyi” bağlanır, ABŞ isə…

2022/07/04 09:16

Burak Özçivitin Bakı gəzintisi – FOTOLAR

2022/07/04 09:06

Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb

2022/07/04 08:58

Fransa 100 min ukraynalı qaçqını qəbul edib

2022/07/04 08:55

Türkiyə Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxladı

2022/07/04 08:26

İdman tariximizdə ilk – 3 nazir yarışda qüvvəsini sınayıb – FOTOLAR

2022/07/04 08:20

“Baku Bus”un sürücüsü ürəyindən bıçaqlandı

2022/07/04 08:15

U.S F-15 Fighter Aircraft in Display of Power as Tensions Rise with North Korea

Rusiya sərhədi yaxınlığında yeni NATO bazası yaradıla bilər

2022/07/04 07:34

Britaniya Qran-Prisi: Kütləvi qəza, etiraz aksiyası və Saynsın ilk qələbəsi – VİDEO

2022/07/04 07:17

Şolts: “Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

2022/07/04 07:00

72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

2022/07/04 06:07

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib – VİDEO

2022/07/04 05:37

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.