Ukraynadakı müharibə səbəbindən Rusiyada fəaliyyətlərini dayandıran McDonald’s restoranları bu gün yenidən yeni brend adı ilə qapılarını açıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki McDonald’s restoranlarının yeni adı “Vkusno i toçka (Delicious and to the point)” adlandırılıb. McDonald’s loqoları və restoranlarda McDonald’s məhsul adları dəyişdirilərək yeni adı ilə müştəriləri qəbul edib.
Rusiyada yeni açılan bu restorana xüsusilə gənclərin böyük maraq göstərdiyi və zaman-zaman uzun növbələr yaratdığı müşahidə olunub.
Medianews.az