İnsanların şikayət etdiyi mövzulardan biri yay qripi kimi bilinən və məhz isti havalarda özünü göstərən qripdir.
Medianews.az xəbər verir ki, türk mütəxəsissləri bununla bağlı həyəcan təbili çalırlar. Onlar bildirirlər ki, gün qripinin əlamətləri adi qripə bənzəyir:
“Qrip epidemiyasından fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında yay qripi və ya gün qripi də deyirlər. Bu əlamətlər qrip xəstəliyinə bənzəsə də, ondan fərqlənir”.
Həkimlər yay qripindən qorunmaq üçün müəyyən məqamlara diqqət etməyi və günün qızmar saatlarında günəş altında çox qalmamağı tövsiyə edirlər.
Həkimlərin fikrincə bu qrip allergiyaya da bənzəyir:
“Yay qripi ilə günəşə qarşı allergiyanı qarışdırmamaq lazımdır. Günəş allergiyası zamanı da yay qripinə bənzər əlamətlər müşahidə olunur. Lakin ondan fərqli olaraq günəş allergiyası zamanı dəridə müəyyən qızartılar və səpkilər də meydana gəlir”.
Zərif Ülvizadə
Medianews.az