Ermənistanda “Müqavimət” müxalif hərəkatının tərəfdarları İrəvanda yenidən etiraz aksiyası keçirir.
Medinews.az xəbər verir ki, erməni mediasında yer alan məlumatlara görə, hərəkatın koordinatorlarından biri olan İşxan Saqatelyan etirazçıları Ermənistan Xarici İşlər Nazirliyinin binasının bütün giriş və çıxışlarını bağlamağa çağırıb:
“Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş və çıxışları bağlamaq lazımdır”,-deyə o, bildirib.
Nəticədə aksiya iştirakçıları polisin qurduğu canlı səddi aşaraq binanın giriş və çıxışlarını bağlayıblar.
Leyla