Ukrayna prezidenti Vladimir Zelenski Dünya İqtisadi Forumunda etdiyi çıxışında “Rusiya neft embarqosu”na çağırıb və “Rusiya ilə ticarət olmamalıdır” deyib.
Medianews.az xəbər verir ki, 52 ildir İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) toplantısında çıxış edən Ukrayna prezidenti Zelenski diqqətçəkən açıqlamalar verib. Görüşdə videokonfrans vasitəsilə iştirak edən Zelenski “Rusiya neft embarqosu”na çağırıb.
Zelenski deyib ki, Rusiyanın təcavüzünü dayandırmaq üçün sanksiyalar daha da irəli getməli və Rusiya ilə ticarəti tamamilə kəsməlidir.
Qeyd edək ki, Dünya İqtisadi Forumu (ÜİF) Rusiyadan heç kimi iclasa dəvət etməyib və Rusiya prezidenti Vladimir Putini “arzuolunmaz” elan edib.
Leyla