7 milyon 300 min ukraynalı qaçqın Polşada qala bilər.
Medianews.az xəbər verir ki, bu barədə Polşanın Fondlar və regional siyasət nazirinin müavini Malgorzata Jarosińska-Jedynak açıqlamasında bildirib ki, Polşa indiyədək 2,5 milyona yaxın ukraynalı qaçqını qəbul edib.
Ukraynalı qaçqınların bir hissəsinin başqa ölkələrə getdiyinə diqqət çəkən Jedynak təhlillərə görə, müharibənin davam edəcəyi təqdirdə 11 milyon ukraynalının öz ölkələrini tərk edə edəcəyini bildirib.
Daha çox qaçqını qəbul edə biləcəklərini ifadə edən Jedynak “7 milyon 300 min qaçqının Polşada qala biləcəyini qiymətləndiririk” deyib.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı fevralın 24-də müharibə başlayandan bəri 4 milyon 215 min ukraynalının ölkəni tərk etdiyini bildirib.
Medianews.az