Ukraynanı işğal etmək cəhdini davam etdirən Rusiya ordusu Qara dənizin strateji bölgəsinin əsas nöqtəsi Nikolayevi mühasirəyə alarkən, regional qarnizonun komandiri, ukraynalı general Dmitri Marçenkonun sözləri gündəm olub.
Medianews.az xəbər verir ki, təslim olan rus əsgərlərinə ədalətlə yanaşacaqlarını vəd edən Marçenko döyüşü seçənlər üçün “Onlar it yemi olacaq” deyib.
Regional qarnizonun komandiri, ukraynalı general Dmitri Marçenko dəf edilən hücumlardan sonra küçələrin rus cəsədləri ilə dolduğunu söyləyərək, “Bunu demək xoş deyil, amma onların meyitləri sahibsiz itlər üçün yemdir. Rusiya bu ərazilərə hücum edir, ona görə də biz cəsədləri toplaya bilmirik”.
Təslim olan rus əsgərlərinin yaşamasına icazə veriləcəyini vəd edən Marçenko, “Üstəlik, rus tank ekipajlarının əsas silahlarını bizdən uzağa doğru istiqamətləndirərək sıramıza gəldikləri təqdirdə onlara heç bir zərər gəlməyəcəyinə zəmanət veririk” deyə açıqlama verib.
Bununla belə, general Marçenko hərbi cinayətkarlara amnistiyanın olmayacağını bildirib: “Onlar cinayət törədiblərsə, mühakimə olunacaqlar, amma sağ qalacaqlar. Qalanları it yemi olacaq”.
Turan Oruc
Medianews.az