Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 923 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2436, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 20 885 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1250 olub.
Vurulan vaksinlərin ümumi sayı 13 202 557, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 311 055, ikinci mərhələ üzrə 4 799 936 nəfər təşkil edir. Ümumilikdə 2 876 702 “buster” doza vurulub. Pozitiv nə