“Dünyada sanksiya qarşıdurmasının daha da genişlənməsi bəşəriyyətin varlığına təhlükə yarada bilər”.
Bizimyol.info xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.
Onun sözlərinə görə, dünya birliyi bundan əl çəkməli və gərginliyin artmasının qarşısını almalıdır.
“Dünya müharibəsi artıq başlayıb və onun birinci mərhələsi iqtisadi xarakter daşıyır. Sanksiyalar, embarqolar, neft, yanacaq, dəmir, polad, buğda, gübrə, qarğıdalı, düyü, ümumilikdə xammalın tədarükü ilə bağlı qeyri-müəyyənlik, ərzaq qiymətləri, xammal, enerji resursları, o cümlədən valyutaların istifadəsi, maliyyə sistemləri. Bu, ölkələrin və regionların qollarını bükmək üçün edilir”, – deyə Maduro boldirib.
Venesuela liderinin fikirincə vəziyyətin pisləşməsi və sanksiyaların davam etdirilməsi son nəticədə nüvə müharibəsinə gətirib çıxara bilər: “Buna görə də dünya ictimaiyyəti dayanmalıdır”, – deyib.
Qeyd edək ki, daha əvvəl Maduronun NATO ölkələrini Ukraynadakı vəziyyətə görə ittiham etdiyi bildirilib.