İstanbulda bir otel restoranında yemək yeyən iki qrup arasında “Sevgilimə niyə baxdın” məsələsinə görə dava düşüb.
Medianews.az xəbər verir ki, hadisə zamanı silahlarını çıxan şəxslər bir-birini hədələyib.
Xoşbəxtlikdən heç kəsin xəsarət almadığı qarşıdurma anları kameralara əks olunub və ələ keçirilən 5 şübhəli prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.
Hadisə ötən həftə çərşənbə günü saat 23.50 sıralarında baş verib. “Sevgilimə niyə baxdın” ilə başlayan mübahisə davaya çevrilib. Daha sonra mübahisə edən şəxlər silahlarını çıxararaq atəş açmağa başlayıb. Atışma zamanı yaralanan olmayıb.Münaqişə anları saniyə-saniyə təhlükəsizlik kameralarına əks olunub. Hadisədən sonra şübhəlilər restorandan qaçıblar. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda polis sövq edilib.
Nəzarətə alınan və xəstəxanada sağlamlıq yoxlamasından keçən şübhəlilər daha sonra polis bölməsinə aparılıb. İfadələri alınan, “ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmə” və “odlu silahlar haqqında qanuna zidd” cinayətləri ilə məhkəmə istintaqı aparılan şübhəlilərin silahları müsadirə edilərək prokurorluğun qərarı ilə sərbəst buraxılıblar.
Turan Oruc
Medianews.az