Türkiyəli jurnalistlər Nedim Şener və Şaban Sevinç arasında başlayan polemika canlı yayımda gərginliyə səbəb olub.
Medianews.az xəbər verir ki, bu gərgin anlar jurnalistlərin “Haber Global”ın ekranlarında siyasətlə bağlı fikirlərini ifadə edən zaman yaşanıb.
Nedim Şener Şaban Sevincin adının açıqlanmasını istəməyən AK Partiya rəsmisinin İmralı ilə əməkdaşlıq etdiyi barədə açıqlamasına “İstinadsız jurnalistika ola bilməz” deməsinə etiraz edib.
Ş.Sevinc isə bunun doğru olduğunu müdafiə edərək, Şenerə “Sənə jurnalistikanı öyrədirəm” deyib. Bu sözlərə əsəbiləşən Nedim Şener isə “Sənə o sözləri yedirərəm, həddi-hüdudu keçmə” deyib.
Sözügedən verilişdə yaşanan gərgin anların görüntülərini təqdim edirik:
Medianews.az
Turan Oruc