Türkiyədə əylənmək məqsədilə bir araya toplanan gənclərin əyləncəsi faciə ilə bitib.
Medianews.az xəbər verir ki, hadisə Dənizli şəhərində baş verib.
Dənizlidə bir araya gəldikləri mənzildə narkotikdən istifadə gənclərin əyləncəsi faciə ilə bitib. 21 yaşlı Ayşegül Meci qəfildən dünyasını dəyişib. Gənc qızın iki oğlan dostu nəzarət altına alınıb. Onun ölümün dəqiq səbəbinin ekspertizadan sonra açıqlanacağı bildirilib.
Əldə edilən məlumata görə gecə saatlarında 21 yaşlı Ayşegül Meci dostları M.A. və S.K onunla birlikdə maşınla mənzilə gəlib. Burada narkotik maddə istifadə edən gənclər bir müddət gəzdikdən sonra mənzildə birlikdə gecələyiblər.
Ertəsi gün qəfil halı pisləşən gənc qızın ağzından köpük gəlib və yerə yıxılıb. Dostları hadisə yerinə dərhal təcili yardım çağırıblar. Hadisə yerinə gələn tibb işçiləri Mecinin nəbzini yoxlayanda onun öldüyünü müəyyən ediblər. PolisLƏR gənc qızın dostlrı M.A. və Ş.K.nın ifadələrini almaq üçün polis bölməsinə aparıblar.
Aparılan araşdırmalardan sonra gənc qızın cəsədi yarılma üçün Ədliyyə Tibb meyitxanasına aparılıb.
Turan Oruc
Medianews.az