Bakının Xətai rayonunda avtomobil qəza zamanı yanıb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, yol qəzası 8 noyabr prospektində baş verib. “Kia” markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü Hacıyev Firuz Sabir oğlu yüksək sürətlə nəqliyyat vasitəsini divara çırpıb. Avtomobil güclü zərbənin təsirindən yanmağa başlayıb.
Qeyd edək ki, avtomobil icarəyə götürülüb.
Medianews.az