Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.
“Report”un məlumatına görə, hadisə paytaxt ərazisində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.