İzmirdə 8 yaşlı Eymen Kara adlı uşaq bibisinin idarə etdiyi avtomobilin altında qalaraq həyatını itirməsi barədə xəbər vermişdik.
Musavat.com xəbər verir ki, Türkiyənin günlərlə danışdığı hadisə yenidən gündəmə gəlib.
Gənc qadın sosial şəbəkə hesabında paylaşımı ilə hər kəsi duyğulandırıb.
O, hadisədən sonra 6 ilə qədər həbs cəzası tələb edilən və psixoloji dəstək alan qadın diqqətçəkən paylaşım edib.
Qeyd edək ki, hadisə İzmirdə yaşayış binasının avtoparkında baş verib. İddiaya görə, 8 yaşlı Eymen Kara bibisi Z.A.-dan ona it almasını istəyib. Bundan sonra Z.A evdən pul götürmək üçün qardaşı oğlu ilə birlikdə yaşadığı ünvana gəlib.
Turan Oruc
Medianews.az