Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.
Futbolçu UEFA Çempionlar Liqasınında “Brügge” yə qarşı oyunda dubl etməklə karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.
34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.
Qeyd edək ki, Messi “Brügge” ilə qarşılaşmanın 38-ci və 76-cı dəqiqələrində fərqlənib.