Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcək.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi məlumat yayıb.

Qeyd edilir ki, Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.

Məlumata görə, Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək.