Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunla icazə verilən şadlıq saraylarında monitorinq keçirib.

Medianews.az Real Tv-yə istindən xəbər verir ki, polis əməkdaşları toylara dəvət olunan qonaqların COVID pasportu olub-olmamasını yoxlayıb.

Araşdırmalar zamanı COVID pasportu olmayanlar restoranlara buraxılmayıb. Monitorinq zamanı restoranda toyu olan şəxsin də COVID pasportunun olmaması üzə çıxıb. Buna görə restoran rəhbərliyi 4 min manat cərimələnib.