Almaniya kansleri Angela Merkel Meklenburg-Vorpommern turu ərəfəsində quş parkını ziyarət edərkən tutuquşu “hücumuna” məruz qalıb.

Bununla bağlı yayımlanan fotoşəkillərdən görünür ki, Merkelin ətrafında bir dəstə rəngli tutuquşu uçur, onlardan biri hətta siyasətçinin başına qonur.

Kansler onları əllərindən su, çiçək tozu və meyvə şəkərinin qarışığı bəsləyərkən, tutuquşulardan biri ona dimdikləyib.

Bundan sonra Merkel 60 santimetrlik əl yapalağına yaxınlaşmaq istəməyib.

“Yox, yox. Mən tutuquşularla da pis bacarmadım”, – deyə o, bildirib.