Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş katibi Antonio Qutyerreşlə görüşüb.

Görüş BMT-nin Baş qərargahı qarşısında yerləşən Türk Evinin yeni binasının açılış mərasimindən sonra baş tutub.

Tədbirə qatılan BMT rəhbəri yenilənmiş Türk Evinin ilk qonağı olub.