Çərşənbə, 1 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Alim Qasımovun kürəkəni: “Onu döyəndən sonra 800 manatı cırıb atdım”

TURAN
15/09/2021 14:03
0
BAXIŞ
FacebookTwitterTelegram

Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub.

Medianews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən biri də onun həyat yoldaşı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev olub.

Rəşadət Fərzəliyev Fərqanə Qasımova ilə bir müddət işbirliyi edib. Daha sonra aralarında maliyyə məsələlərinə görə problem yaranıb və Fərqanə əməkdaşlığa son qoyub. Qasımovanın əri məsələni aydınlaşdırmaq üçün prodüserin iş yerinə gedib.

Bu zaman aralarında mübahisə yaranıb və Elnur Rəşadəti döyərək pulunu alıb. O, studiyadan çıxarkən Rəşadətə məxsus 1850 manat pul, musiqi alətləri və texnikaları götürüb.

Elnur Mövlamov isə istintaqa ifadəsində bildirib ki, Rəşadəti həyat yoldaşı Fərqanəyə mesaj yazaraq narahat etdiyi üçün döyüb:

“Fərqanə Rəşadətlə işləmək istəmədiyindən ondan “Youtube” kanalının şifrəsini istəyirdi. Amma Rəşadət şifrəni verməkdən imtina edirdi. Bundan sonra Rəşadət Fərqanəyə mesaj yazaraq onu narahat etməyə başlayıb. Rəşadət isə Fərqanə ilə işbirliyini bitirməyəcəyini deyib. Fərqanə Rəşadətin bir neçə aydır onu narahat etdiyini dedi.

O, həm də Rəşadətin ona məxsus olan “Youtube” kanalının şifrəsini və hard diskləri vermədiyini, onları Rəşadətdən götürməyimi xahiş etdi.

Rəşadətin iş yerinə gedəndə mənə dedi ki, Alim Qasımov və Fərqanə Qasımovanın ona 1950 manat borcu var. Daha sonra Rəşadətdən Fərqanəni niyə narahat etdiyini soruşdum.

Cavab verə bilmədi, onu döyməyə başladım. Sonra siyirmələrdən və prodüserin cibindən 1850 manat pul götürdüm. Pulun 800 manatını cırdım, qalanını studiyadan çıxdıqdan sonra atdım”.

Zərərçəkmiş R.Fərzəliyev isə ifadəsində bildirib ki, 2019-cu ildən F.Qasımova ilə əməkdaşlıq edib. O, xanəndənin onlayn musiqi platformalarından gələn gəlirlərinin 50 faizinə ortaq olub:

“Fərqanə xanıma gördüyüm işlərin müqabilində mənə 1950 manat borcu yaranmışdı. Buna görə də “Youtube”, “Apple music”, “Spotify”, “Facebook” səhifələrinin şifrəsini vermirdim. Pulumu tələb etsəm də, Fərqanə zənglərə cavab vermədi.

Bunu Elnur studiyaya gələndə ona da dedim. Daha sonra Elnur niyə Fərqanəni narahat etdiyimi deyərək nalayiq sözlər işlətdi. Məni təpik-yumruqla döyməyə başladı. Qorxduğum üçün “Youtube” şifrəsini verdim”.

Prodüserin sözlərinə görə, Elnur onu Fərqanədən üzr istətdirərək videoya da çəkib. Daha sonra götürdüyü pulu qaytarmayacağını bildirib:

“Pulun bir hisəəsinin cırıb yerə atdı. Elnur qalan pulu saydıqda 1050 manat olduğunu görüb həmin pulları göstərərək “bu da bizim yeyib-içmək pulumuz” deyib cibinə qoydu”.

Məhkəmə materiallarından əldə etdiyimiz məlumata görə, E.Mövlamov 2004-cü ildən sakitləşdirici təsir məqsədilə narkotik vasitələr istifadə edib.

Qeyd edək ki, E.Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

Dünya

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38
Dünya

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16
Dünya

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00
export

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45
export

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37
export

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28
SON XƏBƏR

Atasından danışan Fatimə: “Kirayə qalırdım, aldatdılar məni...”

İsgəndər Həmidovun həbsxanada “Lotu Quli” ilə dialoqu

Taksi sürücüsü müştərisinə təcavüz etdi - İçkili olduğundan müqavimət göstərə bilməyib

Xəbər lenti

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28

AZTV-nin məşhur aparıcısına yüksək vəzifə verildi – FOTO

31/01/2023 20:25

Tibb bacısının öldüyü qəzanın görüntüləri ortaya çıxdı – ANBAAN VİDEO

31/01/2023 20:23

Çavuşoğludan İsveç mesajı: “Hə” deyə bilmərik

31/01/2023 20:20

“Barselona” “Fənərbağça”nın məşhur futbolçusunu transfer edir

31/01/2023 20:11

Avropada gecikən qış müharibəyə necə təsir edib?

31/01/2023 20:00

Azərbaycanın ilk pullu yolunun görüntüləri – FOTO

31/01/2023 19:46

Əməliyyat keçirilən “Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31/01/2023 19:40

Politoloq Xoy vilayətində çarəsiz qalan azərbaycanlılardan DANIŞDI: “İranın olmayan mərhəməti …”

31/01/2023 19:36

Özünə oxşayan qadını öldürüb, üzünü… Qətlin ağlasığmaz səbəbi

31/01/2023 19:34

Türkiyədə gömrük əməkdaşları qadını döydü – vəzifədən uzaqlaşdırıldılar (ANBAAN VİDEO)

31/01/2023 18:59

Elektrik qatarlarında gediş haqqı qaldırılır? – RƏSMİ AÇIQLAMA

31/01/2023 18:45

Özbəkistanda səhraya qar yağdı – Dəvələrin bu görüntüləri gündəm OLDU – VİDEO

31/01/2023 18:41

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri ARTIRILDI

31/01/2023 18:37

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

31/01/2023 17:47

İlham Əliyev Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

31/01/2023 17:44

Səmada ortaya çıxan müəmmalı görüntü insanları HEYRƏTLƏNDİRDİ – FOTO

31/01/2023 17:37

Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü

31/01/2023 17:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.