Türkiyədə tüğyan edən yanğınlar hökuməti bir sıra ciddi addımlar atmağa vadar edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 30 iyul-31 avqust tarixlərində meşələrə giriş qadağan olunur.

Hava proqnozuna görə, küləyin sürətinin və havanın temperaturunun yüksəlməsi səbəbilə rəsmi şəxslər istisna heç kim meşə ərazilərinə 1 ay müddətinə daxil ola bilməz.

Verilən qərarla meşə kənarında piknik etmək, manqal, samovar, ocaq qalamaq qadağan edilib.