Müğənni Lətifə Soyuöz və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, ifaçı bu haqda “ATV maqazin onlarla” verilişində danışıb. Lətifə bildirib ki, Nazilə onun dırnaqlarını tənqid edib:

“Verilişlərin birində dırnaq mövzusu açıldı. Mənə xoş olmadı. Bir qadının digər qadına “dırnaqların niyə uzundu, sənə çətin olmur?” deyə bilməz. Necə bir insana deyə bilərsən ki, sənin kirpiyin, dırnağın niyə belədir? Məndə deyə bilərəm ki, Nazilə xanım, dırnaqlarınız zövqsüzdür. Demədim, demərəm də… Sevmirəm insan qəlbi qırmaq. İstəsəm elə qəlb qıraram ki, yeddi qatından keçər. Onun övladları, həyat yoldaşı, ailəsi baxır. Niyə onun ailəsinə mənfi enerji ötürməliyəm, özümə də bir mənfi qazanmalıyam? Allahın qabağına çıxanda mənə deyilsin ki, fılankəsin ailəsini pis etdin?

Görürsüz, Nazilə səfərlinin gənc ikən başına gələn hadisə yadındadır. Deyir, getdim girdim mağazaya, dedi ki, yenə arxamızca gəldilər. Onu danışanda gözləri dolurdu. Çünki onun qəlbini qırıblar. Oturub mənim şəxsimi verilişdə müzakirə etmək olmaz. Bunun üçün reklam fasiləsi var”.