Prezident İlham Əliyev Vilayət Muxtar oğlu Quliyevin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.