Türkiyədə qeyri-adi evlilik təklifi edilib.

BAKU.WS “ensonhaber.com”a istinadən xəbər verir ki, İstanbuldan Denizliyə uçuş həyata keçirən təyyarədə evlilik təklifi edilib.

Belə ki, sərnişinlərdən biri qəfildən stüardessananın önünü kəsərək 30 min fut yüksəklidə ona evlənmə təklifi edib.

Sərnişinlərin və stüardessanın da təəccübünə səbəb olan evlənmə təklifi anbaan kameralarla görüntülənib.

Bundan sonra gənc xanım oğlanın “Mənimlə evlənərsən?” sualına “Hə” cavabını verib.

Bundan sonra hər kəs, hətta pilot da cütlüyü təbrik edib.

Daha sonra Denizli Çardak Hava limanına enən təyyarənin sərnişinləri yaşadıqları gözəl anı heç vaxt unutmayacaqlarını bildiriblər.