Bəşəriyyət tarixinə verdiyi töhfəsi inkar edilə bilməyən bu millətin qəribəlik dünyasına verdiyi töhfəni də görməməzlikdən gəlmək olmaz.
Çünki 17-ci əsr və sonrasında uzun müddət ingilis kişilər arvadlarını satırdılar!
Bu, boşanma prosesinin varlılar xaricində çox çətin olduğu bir dövrdə yayılmış tətbiq idi. Həqiqətən də, xoşbəxt sayılmayacaq münasibətləri bitirməyin yollarından biri idi. Kişi arvadının boynuna ip bağlayar, onu düzəldər və ən yüksək təklif verənə satardı.
İngilis yazıçı Tomas Hardinin “The Mayor of Casterbridge” romanı belə bir hekayə ilə başlayır.
Romanın qəhrəmanı arvadını bu şəkildə satır. Ancaq bu hərəkətin izi onun bütün həyatını məhv edəcək və hətta onun üçün son hazırlayacaqdır. Əslində bu ənənənin heç bir hüquqi əsası yox idi. Bəzi hallarda, bunun cəza ilə başa çatdığı nöqtəyə qədər qanunsuz sayıldı.
Yenə də 19-cu əsrə aid bəzi qeydlər, səlahiyyətlilərin bu mövzuda ikili fikirlərini ortaya qoyur. Həmin dövrə aid bir hakimin protokolunda aşağıdakı ifadə yazılır: “Arvadını satmaq istəyən bu kişinin qarşısını alacağıma inanmıram”
Əslində, bir az təşviq olunan bir şey idi. Çünki ailələrin dağılması dövlət üçün sosial olaraq əlavə bir yük demək idi.
İnanılması çətin olsa da bu ənənə 20-ci əsrin əvvələrinə qədər gəlib çatmışdı.
Tarixçi James Bryce görə 1901-ci ildə bu satışlar hələ də davam etdiyini yazırdı. Ən son 1913-cü ildə bir qadın əri tərəfindən 1 funt sterlinqə satılıb.
Turan Oruc
Medianews.az