Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Milli Okean və Atmosfer İdarəsi (NOAA), Yerin Günəşdən tutduğu enerjinin miqdarının “görünməmiş dərəcədə” artdığını açıqlayıb.
Medianews.az-ın xəbərinə görə, açıqlamada 2005 və 2019-cu illər arasında iki dəfədən çox artım müsahidə edildi bildirilir.
Sözügedən iki təşkilat tərəfindən hazırlanan ortaq hesabatda peyk məlumatları istifadə edilərək Günəşdən gələn enerjinin nə qədərinin istilik şəklində və nə qədərinin yenidən kosmosa geri döndüyünü ölçərək ardakı fərq ortaya çıxarılıb.
2005-2019-cu illər arasında “enerji qeyri-sabitliyi” olaraq bilinən istilik tutma səviyyəsinin təxminən iki dəfə artdığı vurğulanan hesabatda, bu vəziyyətin okeanın, havanın və qurunun sürətlə istiləşməsinə səbəb olduğunu qeyd olunur.
Sözügedən enerji qeyri-sabitliyinə atmosferdəki metan və karbon dioksid kimi istixana qazlarının artması, dənizdəki bulud örtüyü və buz qatının azalması və suyun buxarlanmasının artması ilə əlaqələndirilib.
Hesabatın aparıcı müəllifi NASA alimi Norman Loeb, “Artımın böyüklüyü misli görünməmiş bir hadisədir. Yer kürəsi gözləniləndən daha sürətli istiləşir” – deyə açıqlamasında bildirib.
Yer üzündəki istinin “inanılmaz dərəcədə böyük” olduğuna işarə edən hesabatın həmmüəllifi enerjidəki artışın hər saniyədə Xirosimaya atılan 4 atom bombasına bərabər olduğunu açıqlayıb.
Norman Loeb dünyadakı enerji balansının bu şəkildə davam edəcəyi təqdirdə, istiliyin yaxın illərdə daha da artacağı və iqlim dəyişikliyinin cəmiyyətlərin həyatına təsir edəcək şəkildə özünü göstərməyə başlayacağı barədə xəbərdarlıq edib.
Turan Oruc
Medianews.az