Bir neçə gün öncə Portuqaliya millisinin üzvü Kriştianu Ronaldunun mətbuat konfransı zamanı masanın üzərindəki qazlı içki şüşələrini kənara çəkməsi böyük əks-səda doğurub.

Analoji davranışların bir neçə məşhur futbolçu tərəfindən təkrarlanması ilə yanaşı, Ronaldunun bu hərəkəti internet məkanında da əsl trendə çevrilib. Belə ki, yaradıcı şəxslər mövzuya uyğun məzəli videoçarxlar hazırlayaraq paylaşmağa başlayıblar.

Həmin videolardan birini “Haber Global” təqdim edib.